“Brentford”dan “Liverpul”a?
21.04.2025 , 14:57

“Liverpul”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi “Brentford”dan Brayan Mbemonu heyətinə cəlb etmək istəyir.
25 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 50 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
Futbolçu 2019-cu ildən “Brentford”da forma geyinir.
