“Liverpul”un baş məşqçisi Brendan Rocers İspaniyada çalışmaq istəyir.
Korner.az-ın məlumatına görə, o, gələcəkdə La liqa klublarının birində çalışmaq arzusunda olduğunu dilə gətirib. Britaniyalı mütəxəsis bunun üçün hətta ispan dilini öyrəndiyini də qeyd edib.
Rocers “Liverpul”un pireneyli futbolçuları Xose Enrike, Alberto Suso və Xavi Mankilyo ilə daha çox ispanca danışmağa çalışdığını etiraf edib:
“Ümid edirəm ki, bir gün ispan klubunda işləyərəm. İspan dilini biraz bilirəm, amma təkmilləşdirməyə ehtiyac var. Mənim hələ 41 yaşım var”
