Amerika Kuboku çərçivəsində keçirilən matçda Braziliya üzərində minimal hesablı qələbə qazanan Kolumbiyanın hücumçusu Karlos Bakka oyundan sonra yaşanmış instidentlə bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, hər iki komandanın qələbəni çox istədiyini qeyd edən hücumçu özlərinin daha diqqətli olduqlarını və yekunda qələbə qazandıqlarını deyib:
“Düşünürəm ki, oyundan sonra yaşananlar artıq hərəkətlər idi. Görünür Neymar qələbəyə köklənmişdi və başqa nəticə onu qane etmədi. Ancaq braziliyalılar uduzmağı da öyrənməlidilər”.
