İtaliya A Seriasaında mübarizə aparan “İnter”in futbolçusu Qabriel Barbosa gələn mövsüm Avropa klubuna icarəyə göndəriləcək.
Korner.az-ın məlumatına görə, ümidləri doğrultmayan oyunçu bu mövsüm A Seriada 7 oyunda iştirak edib və yalnızca 95 dəqiqə meydanda olub.
20 yaşlı hücumçunun meneceri Vaqner Ribeyro açıqlamasında bildirib: “Klub rəhbərliyi ilə danışmışam. Əgər Qabriel burada heyətə düşə bilməsə, gələn mövsüm başqa kluba icarəyə göndəriləcək. Braziliyaya qayıtmaq kimi bir fikrimiz yoxdu”.
