Braziliyalı müdafiəçi Natan Bernardo Avropanın diqqətində
27.01.2026 , 12:30
İspaniyanın “Betis” klubunun müdafiəçisi Natan Bernardo de Souza “Real”ın transfer hədəfləri arasındadır.
Korner.az xəbər verir ki, sevilyalılar braziliyalı futbolçu üçün 40–50 milyon avro qiymət qoyublar.
Onunla yalnız “Real” maraqlanmır; “Çelsi” və “Nyukasl” da müdafiəçiyə ciddi maraq göstərir.
24 yaşlı oyunçu cari mövsümdə futbolçu 27 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.