Braziliyalı klubunu tərk edə bilər
24.10.2025 , 14:45
“Real”ın 19 yaşlı hücumçusu Endrik qış transfer pəncərəsində daha çox oyun vaxtı qazanmaq məqsədilə komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu mövsüm gənc forvard meydana çıxmayıb və ehtiyatda qalması onun yığmada şansını risk altına qoyur.
Xarici KİV yazır ki, Endrik artıq İtaliya klublarından ikisinə təklif edilib, lakin komandaların adları açıqlanmır.
Xatırladaq ki, braziliyalının “Real”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.