Braziliyalı hücumçu ölkəsinə qayıdır?
22.01.2025 , 23:30

“Barselona”nın futbolçusu Vitor Roke klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını ölkəsində davam etdirməyə yaxındır.
Hazırda “Betis”də icarə əsasında çıxış edən braziliyalı hücumçu ilə “Palmeyras” maraqlanır.
“Palmeyras” İspaniya nəhənginə 27 milyon avro təklif edib. Bundan əlavə La Liqa klubu futbolçunum satışından 20% bonus qazana bilər.
