Braziliyalı hücumçu “Flamenqo”ya qayıda bilmədi – transfer alınmadı
23.02.2026 , 14:30
“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison qış transfer pəncərəsində “Flamenqo”ya keçmək imkanını dəyərləndirib.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28 yaşlı oyunçu ilə Braziliya klubu maraqlansa da, yüksək qiymət və futbolçunun hələ İngiltərədən ayrılmaq istəməməsi səbəbindən razılıq əldə edilməyib.
Qeyd edək ki, hazırda Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.