Yenidən Bundesliqaya dönəcək?
İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Lusio qarşıdakı həftələrdə də forma geyinmək şansı qazanmasa komandadan ayrılacağını deyib.
Korner.az-ın məlumatına görə, braziliyalı təcrübəli futbolçu Almaniya Bundesliqasında oynaya biləcəyini istisna etməyib:
"Hal-hazırda "Yuventus"da xoşbəxt deyiləm. Çünki burada oynamaq şansı qazanmıram. Almaniyaya dönüb yenidən Bundesliqada oynaya bilərəm".
Qeyd edək ki, Almaniyanın "Volfsburq" klubu Lusionun xidmətində maraqlıdı.
