Braziliyanın gənclərdən ibarət yığmasının üzvü Qabriel Boskilye karyerasını Fransa Liqasında davam etdirəcək.
Korner.az-ın məlumatına görə, tibbi baxışdan keçən 19 yaşlı futbolçu “Monako”yla 5 illik müqavilə bağlayıb.
“San Paulu”da forma geyinən yarımmüdafiəçi 20 yaşlıların dünya çempionatında millinin heyətində 6 oyuna 1 qol vurub.
