Braziliyalı futbolçu “Qarabağ”a gəlmədi, “Boavişta”ya keçdi
22.01.2019 , 13:26

Bolqarıstanın “Botev”klubunun vinqeri Qustavo Zauer Portuqaliyanın “Boavişta” klubuna transfer olub.
Korner.az “record.pt” saytına istinadən xəbər verir ki, solaxay futbolçu Portu təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqavilə imzalayıb.
Xəbərdə qeyd edilib ki, Zauer “Vitoriya Qimaraynş”, “Qarabağ” və “Legiya” klublarından da təklif alıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu “Botev”də 40 oyuna 3 qol vurub.
