Braziliyalı forvard “Liverpul”un hədəfində!
10.03.2025 , 11:31

“Brayton”un hücumçusu Joao Pedro klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Liverpul”un maraqlı olduğu iddia olunur.
London nəhəngi 23 yaşlı oyunçunu Darvin Nunyesin əvəzləyicisi olaraq görür.
Braziliyalı forvardın transfer dəyəri 50 milyon avro dəyərində qiymətləndirilir.
Futbolçu bu mövsüm “Brayton”da 24 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
