Braziliyada çempion müəyyənləşdi
09.12.2024 , 16:30
Braziliya A Seriyasında mövsümün qalibi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Botafoqo” klubudur.
38-ci turda “Atletiko Paranaense”ni 1:0 hesabı ilə məğlub edən komanda 79 xalla ölkə çempionu olub.
Bu, “Botafoqo”nun 3-cü çempionluğudur.