Braziliya yığmasının üzvü Arouki dopinq testindən müsbət cavab alıb.
Korner.az-ın məlumatına görə, “Palmeyras” klubunun futbolçusunun orqanizimindən qadağan olunmuş maddə aşkar edilib.
Arouki “İnternasional” ilə oyundan sonra testdən keçib və bədənində qadağan olunmuş triamsionol asetoid – sintetik preparat aşkar edilib.
Futbolçu hələki 30 günlük yaşıl meydanlardan uzaqlaşdırılıb. Yaxın günlərdə onun işinə yenə baxılacaq və daha tutarlı cəza veriləcək.
