Braziliya millisinin üzvü rəsmən “Milan”da
17.10.2018 , 20:36
İtaliyanın “Milan” klubu heyətini gücləndirib.
“Qırmızı-qaralar” Braziliyanın “Flamenqo” klubundan Lukas Paketanı transfer edib. 21 yaşlı futbolçunun keçidi 35 milyon avroya başa gəlib. Pleymeyker 2019-cu ilin yanvar ayında yeni klubuna qatılacaq. Bu barədə Braziliya klubunun idman direktoru Bruno Spindel məlumat verib.
Qeyd edək ki, Braziliya millisinin üzvü “Flamenqo”nun yetirməsidir.