Hazırda Çilidə Amerika Kubokunda qrup mərhələsinin son oyununa hazırlaşan Braziliya millisinin qapıçısı Neto ağır itkiylə üzləşib.
Korner.az-ın məlumatına görə, futbolçu millinin düşərgəsində olarkən atası dünyasını dəyişib.
Bu üzdən baş məşqçi Dunqa 25 yaşlı Netoya dəfn mərasiminə qatılmağa icazə verib. Qolkiperin artıq Venesuela ilə bu günkü oyunda düşərgədə olacağı gözlənilir.
