Dieqo Kostanın Braziliya milli komandasında yox, İspaniyada oynamaq üçün FİFA-ya müraciət etməsi barədə xəbər vermişdik.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, digər bir braziliyalı, “Portu”nun futbolçusu Fernandonun da Braziliya millisində oynamamaq arzusu yaranıb.
Buna səbəb 26 yaşlı yarımmüdafiəçinin dekabrda həm də Portuqaliya vətəndaşlığını alacaq olmasıdır.
Bundan sonra o Portuqaliya milli komandasının dəvətini qəbul edəcəyini açıqlayıb. Futbolçunun menecerinin açıqlaması Dieqo Kostanın fikirləri ilə eynilik təşkil edib:
“Fernando futbolçu kimi formalaşmağına görə “Portu” və Portuqaliyaya minnətdardır. Ona görə də seçimini bu ölkə millisindən yana etdi.”