Braziliya millisində yeni baş məşqçi
08.01.2024 , 10:14

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu vəzifəyə Dorival Junior təyin olunub.
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, Braziliya millisini çalışdırmaq üçün “San Paulu” klubundakı işindən istefa verib.
