Braziliya millisində yeni baş məşqçi
11.01.2024 , 11:30

Braziliya millisinin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Dorival Junior Braziliya yığmasının yeni baş məşqçisi təyin olunub.
Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
61 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
