Braziliya millisində itki – onun üçün DÇ-2018 erkən başa çatdı
06.07.2018 , 11:09

Braziliya millisinin futbolçusu Danilo üçün DÇ-2018 erkən başa çatıb.
Buna səbəb 26 yaşlı müdafiəçinin məşq zamanı topuğundan zədələnməsidir. 1/4 finalda Belçika ilə görüşü buraxacaq Danilo komandası finala qədər qalacağı təqdirdə belə, oyunlarda iştirak etməyəcək. Danilo millidən yarışın sonuna kimi komanda ilə qalmağı xahiş edib.
Qeyd edək ki, Danilo DÇ-2018-də cəmi bir oyuna çıxıb. O, İsveçrə ilə görüşdə (1:1) 90 dəqiqə meydanda olub.
