Braziliya millisində Ederson şoku
14.11.2023 , 12:41

“Çelsi” ilə oyunda zədələnən “Mançester Siti”nin və Braziliya millisinin qapıçısı Edersonun hansı müddətə sıraya dönəcəyi açıqlanmayıb.
Korner.az-ın məlumatına görə, bu səbəbdən də 31 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Braziliya millisi noyabrın 17-də Kolumbiya, 21-də isə Argentina ilə qarşılaşacaq.
