Braziliya və Belçika növbəti mərhələdə
02.07.2018 , 18:30

Bu gün DÇ-2018-in daha iki 1/8 final oyunu keçiriləcək. İlk olaraq meydana mundialın favoritlərindən Braziliya və Almanianı qrupda saxlayan Meksika çıxacaqlar.
Qrup oyularında cəmi 1 dəfə xal itirən Braziliya bu matçın favoritidir. Meksika millisi mundiala Almaniya üzərində böyükhesablı qələbə ilə start versə də, son görüşdə İsveçdə alınan böyükhesablı yenilgi komandanın gücünü şübhə altına salıb.
Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gələcək. Bu qarşılaşmanın aşkar favoriti avropalılardır. Qrupda maksimum nəticə göstərən “Qırmızı şeytanlar” yalnız sarı vərəqələrin sayına görə 1/8 finala adlayan Yaponiya ilə matçın aşkar favoritidir.
Dünya çempionatı
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya – Meksika 2:0
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”
22:00. Belçika – Yaponiya 3:2
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”
