Braziliya klubunun 38 üzvü koronavirusa yoluxdu
07.05.2020 , 15:57
“Flamenqo” klubunun 38 üzvündə koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun 293 əməkdaşı koronavirus testindən keçib və onların 38-nin test nəticələri müsbət olub. Virusa yoluxanlardan üçü futbolçudu.