Braziliya klubundan yeni transfer
12.01.2026 , 21:00
Braziliyanın “Qremio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Porto-Aleqre təmsilçisi Yunanıstanın “Panatinaikos” klubunda çıxış edən Tetenin transferini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilənin imzalandığı diqqətə çatdırılıb.
Transferin “Qremio”ya 6,2 milyon avroya başa gəldiyi bildirilir.