Braziliya klubundan yeni transfer
03.09.2024 , 22:51
“Fənərbağça” Luan Pereslə yollarını ayırdığını açıqlayıb.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Braziliyada davam etdirəcək.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Oyunçu sözügedən ölkənin “Santos” klubu ilə anlaşıb.
“Fənərbağça”nın heyətində 23 matçda forma geyinən Peres 1 dəfə qol sevinci yaşayıb.