Braziliya klubunda baş məşqçi ayrılığı
15.04.2025 , 13:36

“Santos” baş məşqçisi Pedro Kaysinya ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, klub baş məşqçi Pedro Kaysinya ilə yanaşı, onun iki köməkçisini, həmçinin qapıçılar və fitnes üzrə məşqçiləri heyəti də istefaya göndərildiyi diqqətə çatdırılıb.
Komandanı müvəqqəti olaraq Sezar Sampaio çalışdıracaq.
