Braziliya klubu “Çelsi”nin futbolçusunu istəyir
05.05.2025 , 21:45

Hazırda “Milan”da icarə əsasında forma geyinən Joao Feliks yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə “Flamenqo” yaxından maraqlanır.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Xəbərdə, klubun artıq Felikslə əlaqəyə keçdiyi bildirilib.
Braziliya təmsilçisi oyunçunu birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyir.
Feliksin isə mövsümün sonunda İngiltərəyə qayıdacağı gözlənilir.
