Braziliya dünya çempionu oldu
18.11.2019 , 17:08
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi məlum olub.
Korner.az xəbər verir ki, mundialın həlledici görüşündə Braziliya və Meksika yığmaları üz-üzə gəlib.
Görüş, Braziliya yığmasının 2:1 hesablı qələbəsiylə başa çatıb.
Üçüncü yerin sahibi isə Hollandiyanı 3:1 hesabıyla məğlub edən Fransa yığması olub.