“Brayton”un ulduzuna rekord təklif hazırlanır
06.11.2025 , 16:50
“Mançester Yunayted” “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın transferi ilə bağlı planlarından geri çəkilmir.
Korner.az xəbər verir ki, komanda yayda kamerunlu futbolçu ilə maraqlanmışdı, lakin o zaman “Brayton” oyunçunun satışına razılıq verməmişdi.
Xarici KİV yazır ki, hazırda tərəflər Balebanın 2026-cı ildə reallaşa biləcək keçidi ilə bağlı ilkin danışıqlar aparır. “Mançester Yunayted” 21 yaşlı futbolçu üçün 90 milyon funt sterlinq (təxminən 103 milyon avro) ödəməyə hazırdır.
“Transfermarkt” Balebanı 60 milyon avro dəyərində qiymətləndirir. Gənc yarımmüdafiəçinin “Brayton”la müqaviləsi isə 2028-ci ilə qədər qüvvədədir.