“Brayton”un oyunçusu Türkiyə yolunda
20.06.2024 , 15:30

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qalatasaray”ın transfer gündəminə yeni ad gəlib.
Korner.az xəbər verir ki, İstanbul klubu “Brayton”da çıxış edən 33 yaşlı alman yarımmüdafiəçi Paskal Qrobu heyətinə cəlb etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ötən mövsüm 47 matçda meydana çıxan Paskal Qrob 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
