“Brayton”dan yeni transfer
26.08.2024 , 23:52
“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Seltik”dən Mett O Raylini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
“Brayton” bu keçid üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyib.