“Brayton”dan “Sevilya”ya keçdi
26.08.2024 , 10:39
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Brayton”dan Valentin Barkonu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi mövsümün sonuna qədər İspaniya komandasında forma geyinəcək.