“Brayton”da yeni müqavilə
20.10.2023 , 17:38
“Brayton” futbolçusu Kauro Mitoma ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı yarımmüdafiəçinin sözləşməsi 2027-ci ilin yayına qədər artırılıb.