“Brayton”da itki
30.11.2023 , 14:37
“Brayton” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Premyer Liqa klubunun hücumçusu Ansu Fati zədələnib.
O, çempionatın XIV turunda “Nottingem Forest”lə görüşdə sıradan çıxıb.
Futbolçunun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.