“Brayton” Pedronun keçidini rəsmiləşdirdi
05.05.2023 , 23:12

“Brayton” “Uotford”dan braziliyalı hücumçu Joao Pedronu transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Xəbərdə, 21 yaşlı futbolçunun yay transfer dövründə komandaya qoşulacağı və 2028-ci ilə qədər müqavilə imzalayacağı qeyd edilib.
