“Brayton” “Fənərbağça”nın futbolçusunu istəyir
28.07.2024 , 12:38

“Brayton” heyətinə yeni futbolçu cəlb etmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Fənərbağça”da çıxış edən Ferdi Kadıoğlunu transfer etməyi düşünür.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İngiltərə klubu ikinci dəfə İstanbul təmsilçisinə təklif göndərib. “Brayton” futbolçu üçün 33 milyon avro təklif edir.
“Fənərbağça” isə hələlik bu istəyə xavab verməyib.
