“Brayton” 12 milyon avroluq futbolçu transfer edir
29.07.2024 , 14:13

“Brayton” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, klub “İnter Mayami”dən yarımmüdafiəçi Dieqo Qomesi heyətinə cəlb edəcək.
Paraqvaylı futbolçu üçün artıq razılıq əldə olunub.
MLS təmsilçisi Qomesin keçidindən 12 milyon avro qazanacaq.
Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
