“Braqa”da yeni müqavilə
22.01.2024 , 22:33

“Braqa” futbolçusu Fransisko Çissumba ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı müdafiəçinin sözləşməsi 2028-ci ilin yayına qədər yenilənib.
Fransisko bu mövsüm “Braqa”nın B komandasında 18 oyunda 1 qol vurub.
