“Braqa” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
07.02.2024 , 11:46

Portuqaliyanın “Braqa” klubu Avropa Liqasının pley-off mərhələsində fevralın 15-də “Qarabağ”a qarşı keçirəcəkləri ev oyununun biletlərini satışa çıxarıb.
Korner.az xəbər verir ki, “Munisipial” stadionunda baş tutacaq matça bilet qiymətləri sektorlar üzrə 3,5 avrodan 15 avroya kimi dəyişir.
“Braqa” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.
