“Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” kimi klubların şərəfini qorumuş, milliləşdirilən serb əsilli hücumçu Branimir Subaşiç özünə yeni klub tapıb.
Korner.az-ın məlumatına görə, son iş yeri “Qarabağ” olan, lakin ümidləri burada doğrultmayan Subaşiç Türkiyənin “Orduspor” klubu ilə anlaşıb. Superliqadan bu il düşən klubla futbolçumuz sabah müqavilə imzalayacaq.