"Düzdür öz evimizdə 1:1 hesabı ilə heç-heçə oynadıq. Lakin bütün ümidlərimizi Poznana saxlamışıq".
Bu sözləri Korner.az-ın Lənkəran şəhər stadionuna ezam olunmuş müxbirinə oyundan sonra açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Branimir Subaşiç deyib. Polşadakı səfər oyununa yaxşı hazırlaşacaqlarını vurğulayan Subaşiç oyunu idarə edən baş hakim haqqında isə bunları söylədi:
"Hakimlik haqqında çox danışmaq istəmirəm. Sadəcə olaraq oyunun sonlarında bizə qarşı qərəzli qərarlar verirdi. Tez-tez sarı vərəqələr göstərərək oyunun tempini aşağı salmağa çalışırdı. Elə mənim özümə də heçnədən "sarı" göstərdi".
