Braliç “Neftçi”nin əvəzedici komandasında
15.01.2019 , 18:37

Slavko Braliç “Neftçi”nin əvəzedici heyətində məşqlərə başlayıb
Hazırda özünə yeni komanda axtaran xorvatiyalı futbolçu bir neçə klubla danışıqlarını davam etdirir. Bu müddət ərzində formada qalmaq üçün klub rəhbərliyinə müraciət edən 26 yaşlı müdafiəçi “Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.
Qeyd edək ki, “Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. Futbolçu bu mövsüm “ağ-qaralar”ın heyətində 13 oyunda meydana çıxıb.
