Brahim Diaz Fransa klubuna keçir?
17.02.2026 , 16:39
“Real” və Mərakeş millisinin üzvü Brahim Diaz karyerasını Fransada davam etdirə bilər.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi PSJ ilə keçid üçün danışıqlar aparır.
Brahimin “Real” ilə müqaviləsi 2027-ci ilin iyunun 30-dək etibarlıdır.
O, bundan əvvəl “Mançester Siti” və “Milan” klublarında da oynayıb.