Böyükhesablı məğlubiyyətə baxmayaraq tarixi nəticə
29.01.2026 , 10:30
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Qarabağ” səfərdə “Liverpul”un qonağı olub.
Korner.az xəbər verir ki, Ağdam klubu Mersisayd təmsilçisinə 0:6 hesabı ilə məğlubiyyətlə üzləşib.
Qarşılaşmanın nəticəsi ağır olsa da, “Qarabağ” Azərbaycan futbolu üçün tarixi uğura imza atıb. Qurban Qurbanovun çalışdırdığı komanda Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
“Liverpul” – “Qarabağ” – 6:0
Qollar: Mak Allister (15, 62), Virts (21), Salah (50), Ekitike (57), Kyeza (90)