"Mən bütün rəqiblərimə, həmkarlarıma hörmətlə yanaşıram, ancaq heç birindən çəkinməmişəm, çəkinmərəm də".
Korner.az–ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi bu gün "İnter"lə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
"Həmişə deyirsiz ki, "Neftçi"yə rəqib elə "Neftçi"di. Belə çıxır ki, Böyükağa Hacıyevin rəqibi də elə Böyükağa Hacıyevdi?" – sualına təcrübəki çalışdırıcı belə cavab verib: "Hələ ki Böyükağadan bir "dənədi", iki olsaydı, savaşdırıb qıraqdan baxardıq".