big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Böyükağa Hacıyevin gözü milidədi: «Foqtsa beş il vaxt verildi, mənə altı ay dəyməsinlər» (MÜSAHİBƏ)

27.10.2013 , 10:59

“Neftçi”nin sabiq çalışdırıcısı, hazırda klub prezidentinin müşaviri postunu tutan Böyükağa hacıyevin müsahibəsi.

– Millinin son seçmə mərhələdəki çıxışı sizi qane etdimi?
– Milli komanda 9 xal topladı. Futbolçuları alqışlayıram. Son iki oyunda özlərini toparlayıb, dörd xal qazandılar. Bununla da seçmə mərhələni dördüncü pillədə başa vurdular. Burdan bir maraqlı sual yaranır, biz nəyə görə həmişə seçmə mərhələnin sonunda oynamağa başlayırıq?

– Bu sualı mən sizə verirəm: sizcə, nəyə görə?
– Biz belə oynayırıqsa, niyə seçmə mərhələnin əvvəlindən bu xalları toplamağa başlamırıq? Burda iki amil var. Birincisi, artıq bütün komandalar öz yerlərində möhkəmləndikdən sonra biz xalları yığmağa başlayırıq.

– Məsələn, Rusiya ilə oyunda olduğu kimi…
– Bəli. Bizim komanda özünü toparlamağı bacarsaydı, eyni zamanda məşqçimiz bir balaca başını işlətsəydi, Rusiyanı da məğlub etmək olardı. Deyirlər ki, komandamızın Rusiya ilə oyunda bir imkanı oldu və onu da dəyərləndirdi. Yox, mən belə fikirləşirəm ki, cənab Berti Foqts komandanı başqa taktikayla oynatmalı idi. Amma o, müdafiə taktikasına üstünlük verdi.  Komandanı üç dayaq yarımmüdafiəçisi ilə oynadırdı. Ömrü boyu müdafiənin sağ cinahında oynayan Maksim Medvedyevi dayaq yarımmüdafiəçisi kimi oynatdı. Sonda onun əsəbləri dözmədi və qırmızı vərəqə aldı.

– Bayaq millinin seçmə mərhələnin əvvəlində yox, sonunda xal toplaya bilməsinin iki səbəbinin olduğunu dediz. Birinci səbəb kimi rəqiblərin arxayınçılığını göstərdiz. Bu səbəb xal toplamağa bağlıdı. İkinci səbəb yəqin ki, seçmə mərhələnin əvvəlində xal qazana bilməməyimizə bağlı olmalıdı…
– İkinci səbəb odu ki, milli komandanın məşqçisi il boyu ölkədən kənarda olursa, o, düzgün heyət qura bilməz. Onun köməkçiləri ona nə qədər söz desələr də, onun öz fəlsəfəsi var. Fikir verin, o, təlim-məşq toplanışına iki gün qalmış və ya hansısa oyundan dörd gün qabaq Azərbaycana gəlir. Deyirlər ki, Azərbaycanda yetərli qədər “material” yoxdu. Amma mən deyirəm ki, var.

– Bir məsələ də var ki, futbolçular millinin başında yerli məşqçinin olmasını istəmirlər. Məsələn, Əfran İsmayılov “Komanda”ya müsahibəsində demişdi ki, Foqts bizə istənilən şəraiti yaradır, başqa heç bir məşqçi bunları edə bilməz.
– Deməli, Əfran da bundan uzağı görmür. Bu şərait AFFA tərəfindən yaradılır. Foqts cibindən pul gətirmir. Komandaya yerli baş məşqçi gələcəksə, onun birinci sözü o olacaq ki, Foqtsun dönəmində olan şərait olduğu kimi qalmalıdı.

– Bunu tələb edə biləcək məşqçimiz varmı? Məsələn, elə siz özünüz.
– Nəinki mən, bu posta gələcək bütün yerli məşqçilər özünü “yandırmamaq”, daha yaxşı nəticələr vermək üçün bunu tələb edəcək.

– Siz də heç-heçəyə görə 60 min, 100 min manat istəyə bilərsiz?
– Niyə də istəməyim? Əvvəla, bunu Foqts istəmir. Bu, başda ölkə prezidenti olmaqla, Rövnəq Abdullayevin şedevrliyini göstərir. Onlar əliaçıq adamlardı. Hərəkətləriylə göstərirlər ki, futbol üçün hər şey edərlər.

– Bəlkə buna əliaçıqlıq yox, israfçılıq deyək?
– Yox, yox, Foqts üçün yaradılan bu şərait ölkə prezidentinin idmana olan qayğısının nəticəsidi. Rövnəq Abdullayev də onun komandasındandı. Fikir verin, əvvəlki AFFA prezidentlərinin dövründə niyə bu şərait yox idi? Deməli, bu, ölkə prezidentinin və Rövnəq Abdullayevin işidi.

– Bəs ölkə prezidentinin və Rövnəq Abdullayevin səxavətinin əvəzi verilirmi?
– Rövnəq Abdullayev istəməz ki, komandası udsun? AFFA bu gün öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Rövnəq Abdullayev komandanın yerinə oynayası, taktika qurası deyil ki. Bunlar Foqtsun işidi. Abdullayev Foqtsun işinə müdaxilə etmir, etməz də.

– Bayaq dediz ki, 60 min də tələb edərsiz, 100 min də. Amma “Neftçi”də çalışarkən bir qapıçı problemini həll edə bilmədiz…
– Xoşuma gələn qapıçı olmadı. Birini aldım, ehtiyat skamyada oturdu. Yadınızdadısa, ötən il transferlərdə çox zəif hərəkət etdik. Amma mən 13 oyunçu ilə qrup mərhələsində oynadım, ölkə çempionu oldum və kuboku qazandım. Foqts kimi ağlamadım.

– Fikrinizcə, Foqts birmənalı şəkildə getməlidi?
– Bəli, Foqts getməlidi. Pul xatirinə işləmirsə, özünə hörmət edirsə, getməlidi.

– Bir insan özü-özünə hörmət qoymursa, onu necə vadar etmək olar ki, özünə hörmət etsin?
– Bağışlayın, mən də sizə bir sual verim. Bir insan özü-özünə hörmət qoymursa, o azərbaycanlıdımı?

– Axı bu qədər hörmətsizliklər müqabilində AFFA onunla müqaviləni iki dəfə uzadıb və bu dəfə də bu ehtimal var. Bu ehtimal gündən-günə böyüyür.
– Mən inanmıram ki, AFFA Foqtsun qalmağında maraqlı olsun. Foqtsa endirilən zərbələr AFFA-ya təsir edir. Mənim üçün bir şey maraqlıdı: mən “Neftçi”də işləyərkən «Skenderbeu»ya uduzdum və istefa verdim. Çünki oyundan əvvəl söz vermişdim. Foqts nəyi gözləyir? Foqts istəyir ki, onu Şotlandiyada, Nigeriyada olduğu kimi fitlə yola salsınlar? Yaşı da o yaş deyil. Həyatının qürub çağıdı. O, xatırlanmaq istəyirsə, getməlidi.

– Bu adam pulu fikirləşir, getmək istəmir. Eyni zamanda hörmətsizlik də edir. Sizin dediyiniz kimi, etimadı da doğrultmur. Onda belə çıxır ki, AFFA onu saxlayırsa, «mazoxist»di, həm də insanlara zülm etməkdən zövq alır…
– Foqtsa qədərindən də artıq vaxt verildi – beş il.

– AFFA Foqtsla 2016-cı ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq istəyir. Düşünürlər ki, bunu edə bilərlər. Böyükağa Hacıyev 24 komandanın iştirak edəcəyi AÇ-yə millini çıxara bilərmi?
– Böyükağa Hacıyevin iki variantı olur: ya işləyir, ya da işləmir.

– Böyükağa Hacıyev işləsə, bunu bacara bilərmi?
– Hər şeydən qabaq birinci məsələni həll etmək lazımdı. Mənim AFFA ilə iş birliyim olmalıdı. Bu olarsa, hamı bilir ki, mən nə söz verirəmsə, edirəm. Foqtsa beş il vaxt verildisə, mənə altı ay dəyməsinlər.

– Konkret olaraq, millini AÇ-2016-ya çıxara bilərsiz, ya yox?
– Rəşad, yadındadısa, mən sizə müsahibələrimdə yarımçıq arzularımın olduğunu demişdim. “Neftçi”yə gəldim, arzularımın bir hissəsini yerinə yetirdim. Hələ sözümü tam deməmişəm. Arzum odu ki, milli komandanı Avropa və dünya çempionatlarının final mərhələsinə yüksəldim.

– «Yarımçıq arzular» dedikdə yəqin milli komandanı nəzərdə tutursuz, hə?
– Bəli.

“KomandA” qəzeti

Son yazılar

To Top