"Sumqayıt"ın qələbə istəyi bizdən çox idi. Üstəlik Emini qapıya qoymağımız, müdafiədə boşluqlar işi korladı".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Çalışdırıcı "Sumqayıt"a məğlubiyyətdən (2:3) sonra mətbuat konfransında daha sonra bunları deyib:
"Futbolçularım şişmişdilər. Futbol adına heç nə meydanda göstərmədilər. Rəşad axır vaxtlar futbol oynamır. Belə getsə ehtiyatda oturacaq. Biraz da belə davam etsə başqa ölçü götürüləcək. "Partizan"la möhtəşəm oyundan sonra belə olması gözlənilən idi"