“Bütövlükdə pis oynamadıq. Futbolçularda Avropa Liqasında “İnter”lə oyundan sonra bir qədər yorğunluq var idi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Ağ-qaralar"ın baş məşqçisi iki cəbhədə mübarizə paramağın çətin olduğunu bildirib:
"İki cəbhədə mübarizə aparmaq çətindi. Amma bu gün meydanda yalnız bir komanda var idi – “Neftçi”. “Turan”ın son oyunlardakı nəticələri bizi diqqətli olmağa məcbur edirdi. Onlar bu görüşdə də döyüşdülər. Lakin biz istədiyimizi ala bildik”.