“Ümumilikdə, yaxşı oyun alındı. Bu cür oyunlar çətin olur".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilmiş "Qəbələ" – "Neftçi" matçından sonra qonaqların baş məşqçisi Böyükağa Hacıyev deyib.
Çempion çalışdırıcı qızıl medal uğrunda mübarizədə onun komandasına rəqib olan "Qarabağ"a da söz atıb: “Qarabağ”ın əziyyətinə heyfim gəlir. Çempionluq üçün çox əziyyət çəkdilər, lakin bu fürsəti əldən verdilər. Mən isə bu fürsəti əldən verməzdim. “Xəzər Lənkəran”ı da Avroliqaya vəsiqə qazanması ilə təbrik edirik”.