“Bizim özündənrazılığa macalımızz yoxdu. İndi diqqət kubokadı, sonra
püşkatmaya”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Ağ-qaralar”ın baş məşqçisi “Xəzər Lənkəran”la oyunöncəsi təşkil olunan mətbuat konfransında komandadan ayrılmaq istəyən futbolçulara mesaj göndərdi:
“Hər futbolçumuz dəyərlidi. Amma getmək istəyənə qal demərik.
Qarğa kimi 300 il yaşamaqdansa, şahin kimi 3 ill yaşamaq lazımdı.
Nailiyyətimizi davam etdirməliyik. Toşak məndən 10 yaş böyükdü, amma mən
meydanda böyük tanımıram. Məşqimiz də açıqdır. Gəlib taktikamıza da baxa bilərlər”.